Communism has stamped its mark on the 20th century-a mark of aggression and cruelty, bloodshed and tears. Historians have estimated that its ideology has caused the death of 120 million people since the Russian Revolution of 1917.
Hinduizm başqa Uzaq Şərq dinləri kimi batil bir etiqaddır. Allahın vəhyinə deyil, insanların özlərindən düzəltdikləri səhv ənənə və təlimlərə əsaslanan böyük bir yanlışlıqdır.
Ancaq hindlilərin müqəddəs kitablar kimi qəbul etdiyi bu mətnlərin heç biri Allahın vəhyinə əsaslanmır. Bu mətnlər təkcə aryanlar və müxtəlif hindli liderləri tərəfindən yazılmış əfsanələrdən, hekayələrdən ibarətdir. Hindlilər həyatlarını, mərasimlərini, rituallarını bu kitablardakı xurafatlara uyğun olaraq təşkil edirlər. Buna görə də hinduizm məntiqsiz üsullarla və batil ənənələrlə doludur. Və kitablarda göstərilən darıxdırıcı və qaranlıq dünya hindular üçün ideal həyat modeli deməkdir.
Əlbəttə ki, hər bir insan istədiyi dini seçməkdə və ona əsasən yaşamaqda sərbəstdir. Ancaq doğrunun nə olduğunu izah etmək və yanlışı tənqid etmək də Allahın müsəlmanların üzərinə qoyduğu bir vəzifədir. Bu sənədli filmin hazırlanmasındakı məqsəd isə bu yanlışlığa qarşı həm hindliləri, həm də başqa insanları xəbərdar etməkdir.
Qızıl dövr Quran əxlaqının Mehdi vasitəsilə bütün dünyaya hakim olacağı və insanların həqiqi imana qovuşacaqları dövrdür. Bu iki hadisənin çox mühüm olan bəzi maddi nəticələri var: Qızıl dövrdə əmin-amanlıq, təhlükəsizlik və ədalət tam şəkildə təmin ediləcəkdir. Bəşəriyyət iqtisadi çətinliklərdən qurtulacaq, ehtiyac içində olan adam olmayacaq, istəyənə istədiyindən də artığı veriləcəkdir. Həmin dövrə qədər görünməmiş bir bolluq yaşanacaq, məhsullar sayılmadan, çəkilmədən hər istəyənə paylanacaqdır. Bu dövrün diqqəti cəlb edən başqa bir xüsusiyyəti də müharibə və iğtişaşlara son qoyulmasıdır. Əvvəllər düşmən olan xalqlar arasında sülh və əmin-amanlıq yaşanacaq. İnsanlar bu dövrdə texnologiyanın bütün nemətlərindən istədikləri qədər və istədikləri ölçüdə faydalanacaq, texnologiyadakı hər cür tərəqqidən insanların rahatlığı, komfortu, sevinci və xoşbəxtliyi üçün istifadə ediləcəkdir. Təbabətdə, əkinçilikdə, rabitədə, sənaye texnologiyasında və nəqliyyatdakı ixtiralar yeni cığırlar açacaq. İncəsənətdə bir-birindən gözəl əsərlər ortaya çıxacaq, Allaha olan imanın insanlara qazandırdığı geniş üfüq və dərin düşüncə bütün sənət sahələrinə rəhbərlik edəcəkdir. Bir hədisdəki ifadə ilə desək, "insanlar vaxtın necə keçdiyini bilməyəcək, bu gözəlliklərdən daha çox istifadə etmək üçün Allahdan ömürlərinin uzadılmasını istəyəcəklər". İndi qeyd edilən fövqəladə hadisələrin necə həyata keçəcəyini Bu filmdə seyr edəkciniz.
Materialist fəlsəfə kainatın sonsuzdan bəri mövcud olan təsadüfi maddə yığını olduğunu iddia edir. Ancaq XX əsrin elmi kəşfləri bu iddianı qəti olaraq təkzib etmişdir. Müasir elm göstərir ki, kainat «Böyük Partlayış» (Big Bang - Biq Bənq) adlandırılan bir partlayışla bir anda yoxdan yaradılmışdır. Kainatın bütün fikizi nizamı insanın yaşamasına əlverişli tərzdə planlaşdırılmışdır. Allah ulduzların dixilindəki nüvə reaksiyalarından karbon atomunun ya da su molekulunun kimyəvi xüsusiyyətlərinə kimi hər şeyi qüsursuz tərzdə yaratmışdır.